Evdə gündəlik 30 dəqiqə idman etməyin 5 faydası

Sağlamlıq və fitnes həyatımızın ən vacib tərəflərindən biridir, ancaq çox vaxt bu məsələləri nəzərə alanda vaxt və imkan məhdudiyyətləri ilə üzləşirik. İdman zalına getmək, uzun məsafələr qət etmək və ya mütəxəssislərdən kömək almaq həmişə mümkün olmaya bilər. Lakin, evdə gündəlik cəmi 30 dəqiqə idman etməklə də sağlamlığınıza böyük töhfələr verə bilərsiniz. Bu yazıda evdə hər gün 30 dəqiqə idman etməyin insan sağlamlığı üçün olan əhəmiyyətini ətraflı şəkildə araşdıracağıq.


Davamı →

Hər gün idman etməliyikmi?

 «Hər gün idman etmək sağlamlığımız üçün vacibdir» – bu ifadə, sağlam həyat tərzinin ayrılmaz bir hissəsi kimi çoxumuza bələddir. Bu bloqda biz hər gün idman etməyin faydalarını, potensial risklərini və bu məsələyə dair mütəxəssislərin fikirlərini araşdıracağıq. 
Davamı →

İdman etməyin faydaları

İdman, sağlamlığımızı möhkəmləndirir, həmçinin həyatınızı nizamlayır. Bu faydalı xüsusiyyətlərinə görə hələ məktəb vaxtlarımızdan valideynlərimiz və nənələrimiz bizə enerjimizi bərpa etmək və günə başlamaqdan ötrü idmanı məsləhət görürdü. Klivlend universiteti mütəxəssislərinin araşdırmasına görə, idman stresin qarşısını aldığı üçün daim idmanla məşğul olan adamlar özlərindən asılı olmayaraq çox gülümsəyir və əhvalı daima yüksək olur. Bu da ona iş görmək stimulu verir və daha çox pul qazanmaq istəyini artırır. 

İdman — tanış olmaq üçün ən yaxşı vasitədir
İdman insanları bir-birinə yaxınlaşdırır, belə ki,


Davamı →

Səhər yürüşlərinin sağlamlığa 4 faydası

Çəkinizi idarə etməyə imkan verir

Hər səhər müntəzəm və ritmik hərəkətlərlə 20-30 dəqiqəlik gəzmək artıq yağ yandırmağa və arıqlamağa kömək edəcəkdir. Bu müddət ərzində yediklərinizə və içdiklərinizə diqqət yetirməli və kalori nəzarətini təmin etməlisiniz. Bundan əlavə, səhər gəzintiləri piylənmənin qarşısını alan ən sadə və təsirli üsullardan biridir.


Davamı →

Uşaqlar üçün idmanla məşğul olmağın faydası

Uşaqların böyümə və inkişaf dövründə hüceyrələrinin böyüməsi və çoxalması nəticəsində bədən hüceyrələrində artım görülür. İnkişaf dövründə isə toxuma quruluşları və hüceyrə quruluşları böyüdükcə formalaşır. Bu dövrlərdə düzgün qidalanma qədər keçirilən idmanın uşaqlar üzərində həm fiziki, həm də zehni və ruhi müsbət təsirləri olur.Kiçik yaşda əldə edilən vərdişlər həyat boyu qalıcı ola. İdman etmək də bu vərdişlərdən biridir.

Davamı →

İdman zalında məşq edənlər bunları mütləq bilməlidir!

Artıq çəkidən azad olmaq dedikdə ilk ağıla gələn pəhrizdir.
Lakin artıq çəkidən azad olmaq üçün pəhrizlə bərabər idman ən ideal vasitədir. İdman təkcə arıqlamaq üçün deyil, sağlamlıq və ideal bədən quruluşuna malik olmaq üçün əvəzsiz üsuldur. Hər üç halda məşq zallarına üz tutan insanlar çox zaman kor-koranə idman etdiklərinin fərqində olmurlar. Az keçmir ki, bunun əks təsirləri özünü göstərməyə başlayır.
Davamı →

Hamiləlikdə idmanın 9 faydası

1. 20-ci həftədən etibarən qarın böyüməyə başlayır və bel nahiyənizdə ağrılar artır. Bu ağrıların azalmasının qarşısını almaq üçün davamlı olaraq idman etmək və normal qidalanmaq lazımdır.

2. Aparılan axtarışların nəticəsinə görə idman etməyən hamilə qadınlar idman hərəkətləri edən hamilələrə nisbətən 7 kilo daha çox kökəlirlər.

3.
İdman nəticəsində qarın nahiyəsində olan əzələlər güclənir və doğum anında anaların rahat doğum etmələrinə səbəb olur.
Davamı →

Gündə 10 min addımın 5 önəmli faydası

1. Diabeti gecikdirir
Gündə nizamlı olaraq atılan 10 min addım insulin müqavimətini sındırıb, diyabetin inkişaf riskini azaldır. İnsulin müqavimətinin sındırılması nəticəsində qanda şəkərin səviyyəsi nizamlanır və xüsusilə ailəvi diabet xəstəliyi olan şəxslərdə diabetin ortaya çıxmasını ləngidir.

2. Xərçəngə qarşı qoruyucudur
Gündə 10 min addım atmaq eyni zamanda xərçəngə tutulma riskini də azaldır. Məsələn bağırsaq hərəkətlərinin sürətlənməsi sayəsində bağırsaq xərçəngi riski azalarkən, arıqlama sayəsində də bir çox xərçəng növünün qarşısı alınır.
Davamı →

Qadın orqanizmi idman üçün idealdır

Alimlər belə qənaətə gəliblər ki, kişi orqanizmi ilə müqayisədə qadın orqanizmi təbiətən daha yaxşı idman formasında olur. Buna səbəb ümumi vəziyyətin göstəriciləri – oksigenin daha sürətlə udulması və əzələ yorğunluğu riskinin aşağı olmasıdır. Bundan əlavə, qadın bədəninə daxil olan oksigen kişi orqanizmi ilə müqayisədə 30 faiz daha effektiv sərf edilir.
 
Vaterloo Universitetinin professoru Riçard Hyusonun sözlərinə görə, qadın əzələləri qandan oksigeni daha tez ayırır ki, bu da qadınların aerob sisteminin daha mükəmməl olmasından xəbər verir.
 
Bu, 18 sağlam fəal könüllü üzərində aparılan təcrübə zamanı aşkar edilib (qadın və kişilərin nisbəti 50/50). Bütün könüllülər çox da çətin olmayan tapşırığı — idman “cığırında” qaçışı yerinə yetiriblər.
Davamı →

Uşağınızla birlikdə idmanın 10 faydası

Valideynlər etdikləri idmanla öz sağlamlıqlarını qorumaqla yanaşı eyni zamanda uşaqlarına da sağlam həyat tərzi keçirmək fikrini aşılamış olurlar. Hər zaman validyeni özünə nümunə götürən uşaq onun faydalı və sevimli vərdişini də təkrarlamağa çalışacaqdır.

Valideynlərin uşaqla birlikdə idmanın aşağıdakı faydaları mövcuddur:
1. İdman sayəsində daha çox vaxt keçirib, daha çox əylənə bilərsiniz.

2. Ailənizin komanda ruhunu inkişaf etdirərsiniz.

3. Onu kompüterin qarşısından qaldırmaq və təbiətə çıxmaq üçün cəlbedici səbəbdir.

4. İdman onu həyatı boyu daha çox özünə inamlı və intizamlı, dərslərinə də eyni intizamla yanaşmağa sövq edəcəkdir.
Davamı →